X
تبلیغات
azerbaycan - Məmmədəmin Rəsulzadə
 
azerbaycan
 
 
 

Məmmədəmin Rəsulzadə


Məmmədəmin Rəsulzadə


Müsavat Partiyasının lideri və ilk başqanı Məmmədəmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur.

Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır. İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məmmədəmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928), "Azəri türk" (1928-1929), "Odlu Yurd" (1929-1931) və 1933-1939-cu illərdə Berlində çap olunan "Qurtuluş" curnallarının və "İstiqlal" qəzetinin yaradıcısı olmuşdur. 1952-ci ildə isə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə "Azərbaycan" dərgisi nəşr edilib.
M.Ə.Rəsulzadənin curnalist fəaliyyətindən başqa çoxlu kitabları da çap edilmişdir. 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunan M.Ə.Rəsulzadə 1908-1911-ci illərdə İranda çalışıb, Səttar xan hərəkatında yaxından iştirak edib. 1911-ci ildə isə rus səfirliyinin tələbi ilə İrandan çıxarılıb. 1911-13-cü illərdə İstanbulda Türk ocağında çalışıb.
1913-cü ildən Bakıda fəaliyyətə başlayıb.
1918-ci il mayın 28-də Azərbaycan istiqlalı elan olunduqdan sonra Azərbaycan Milli Şurasının sədri seçilmişdir.
1920-ci ildə Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra M.Ə.Rəsulzadə həbs olunub. Sonra keçmiş dostu Stalin onu ölümdən qurtarıb.
1922-ci ildən M.Ə.Rəsulzadənin mühacirət həyatı başlayıb.
Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşamış, Azərbaycan istiqlalı uğrundakı mübarizəsini davam etdirmişdir.
1955-ci ilin mart ayında Məmmədəmin Rəsulzadə Ankara şəhərində həyata göz yummuş, Əsri məzarlıqda dəfn edilmişdir.
 |+| نوشته شده در  2010/8/21ساعت 19:22  توسط araz  | 
 
  بالا